02 may 2019 17:56
1374

PSJ satılır

"Qatar Sports Investments" fondu gözlənilməz qərar qəbul edib.

"İki sahil" Fanat.az-a istinadən xəbər verir ki, qətərli iş adamları PSJ-ni satmaq qərarına gəlib. Onlar bu addımı 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatından sonra atmaq istəyir.

Qətərlilər kluba böyük məbləğdə vəsait ayırmalarına rəğmən, onların daim tənqid edilməsindən və avrokuboklarda uğur qazana bilməmələrindən narazıdı. Onlar həmçinin 2011-ci ildən bəri 1 milyard avroya yaxın vergi ödəmələrindən məmnun deyillər.

Qeyd edək ki, "Qatar Sports Investments" 2011-c il mayın 31-də 50 milyon avro qarşılığında klubun səhmlərinin 70 faizini alıb. Bir il sonra isə bu şirkət Paris təmsilçinin yeganə sahibi olub. PSJ o vaxtdan 6 dəfə Fransa çempionu, 5 dəfə liqa, 4 dəfə isə ölkə kubokunun sahibi olub.