02 dekabr 2020 14:13
461

Putin: KTMT məkanındakı vəziyyət çətinləşib

Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məkanındakı vəziyyəti çətinləşdirdi.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı humanitar səylərə KTMT və MDB-dən tərəfdaşların qoşlmasında maraqlıdır.

Rusiya prezidenti əlavə edib ki, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır.