21 yanvar 2021 23:41
572

“Qara qartallar” qələbə qazandı, “Sarı bülbüllər” üzüldü

Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, “Beşiktaş” səfərdə “Fatih Karagümrük”ün qonağı olub. “Qara qartallar” səfərdən 4:1 hesablı qələbə qazanıb.

“Fənərbaxça” isə səfərdə “Sivasspor”a qalib gələ bilməyib. “Sarı bülbüllər” heç-heçəyə razılaşıb - 1:1.