04 dekabr 2020 00:28
671

"Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu keçirilir.

"İki sahil"in məlumatına görə, İ qrupu çərçivəsində Azərbaycanın "Qarabağ" futbol komandası İsrailin "Makkabi" klubu ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hər iki qoll qarşılaşmanın birinci hissəsində vurulub.

Qollar: Yonatan Kohen, 22 (pen.), Xayme Romero (37).

Beləlikə, "Qarabağ" qrup mərhələsində ilk xalını qazanıb.