23 sentyabr 2019 13:28
637

Qazaxıstan DİN: Təqribən 100 nəfər saxlanılıb

Sentyabrın 21-də Qazaxıstanın bir neçə şəhərində keçirilmiş icazəsiz mitinqlərdə təqribən 100 nəfər saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan 15 nəfər inzibati məsuliyyətə cəlb olunub, 9 nəfər inzibati həbs cəzasına məhkum edilib, 6 nəfərə inzibati cərimə tətbiq olunub, qalanları ilə profilaktik söhbət aparıldıqdan sonra evə buraxılıblar.

Qeyd edək ki, sentyabrın 21-də etiraz aksiyasına qoşulmaq üçün küçələrə çıxmaq çağırışını Qazaxıstanda ekstremist hərəkat hesab edilən "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazovsosial şəbəkələr vasitəsilə edib.