Qəbələ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Soltannuxa kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə evin bir hissəsi yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Nazir: Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub
Ramin Məmmədov Biləsuvar şəhərində yerləşən "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib
Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatında qisamüddətli fasilə yaranacaq