09 fevral 2020 21:01
1303

Qızdırıcı sistemi olan səkilər - FOTO

Qış ilin xüsusi dövrüdür - bəziləri ondan qorxur, bəziləri isə qarlı günləri səbrsizliklə gözləyir ki, qaradamı düzəltsin və ya xizəklə sürüşsün. Süpürgəçilər və sürücülər üçün bu havalar olduqca əlverişsizdir. Hətta bəzi ölkələrdə qar o qədər çox yağır ki, onunla mübarizə əlavə zəhmət tələb edir.

Buzlarla mübarizə aparmaq üçün bütün vasitələrə əl atılır - klassik qum səpilir, xüsusi duzdan istifadə olunur və s.

İslandiyada isə buzla mübarizə üçün qeyri-adi üsul tapıblar. Paytaxt Reykyavikin sakinləri və qonaqları şəhər küçələrində gəzərkən donmaqdan qorxmurlar. Səkilərin əksəriyyəti termal su mənbələrindən gələn isti sularla təmin olunmuş təbii qızdırıcı sistemə malikdir.

Bu ölkədə termal sular həm də bütün respublika üçün enerji mənbəyidir. Səkilərdə isə bu enerjidən komfortlu həyat üçün istifadə olunur. Səkilər həmişə qurudur, təmiz və gəzinti üçün rahatdır. //Qafqazinfo