27 fevral 2020 20:50
2569

Qucaqlamağın möcüzəvi təsirləri

Bəşəriyyətin ilk illərindən bəri hər bir cəmiyyətdə müşahidə olunan qucaqlaşma hərəkəti də universal şəfqət göstəricisidir. Ruhumuz və bədənimiz üçün yaxşı olan bu hərəkət stresi azaltmaqla yanaşı, həm də bizi ürək xəstəliklərindən qoruyur. Əlbəttə ki, bütün faydaları bununla məhdudlaşmır.

Sizin üçün qucaq açmağın bütün faydalarını topladıq. Budur yaxınlarınızı qucaqlamaq üçün bir-neçə təsirli səbəb...

Stresi azaldır

Qucaqladığımız zaman bədənimiz oksitosin adlı xoşbəxtlik hormonunu buraxır. Bu xoşbəxtlik hormonu sayəsində pozitiv və müsbət düşünməyə başlayırıq. Digər tərəfdən, müsbət zehində olmaq narahatlığımızla mübarizə aparmaq üçün mükəmməldir. Mənfi duyğularla mübarizə apardığına görə stresin səviyyəsini azaldır, həm də münasibətlərini mübahisələrdən, münaqişələrdən və müzakirələrdən qoruyur.

Qan təzyiqini tənzimləyir

Sevdiyiniz birini qucaqladığınız zaman qan təzyiqinizin tənzimləndiyini bilirdinizmi? Ürəyinizi və damar sağlamlığınızı qoruyan və sizi sakitləşdirən bu hərəkət beyni yoran fikirlərdən azad olmaq üçün də mükəmməldir.

Yuxu keyfiyyəti artır

İnsan sevdiyi bir şəxsi qucaqladıqda və onun qan təzyiqi aşağı düşdükdə bədəndə oksitosin hormonunun buraxılması haqqında danışdıq. Bütün bu təsirlərin birləşməsi sayəsində bədənimiz rahatlaşır, sakitləşir və daha yaxşı bir yuxuya sahib ola bilərik. Tədqiqatlar sübut edir ki, yuxudan əvvəl iyirmi saniyəlik bir qucaqlama daha yaxşı yuxunu təmin edir.

Ağrıları azaldır

Tədqiqatlar sübut etdi ki, iyirmi saniyəlik qucaqlama ağrı hissini azaldır. Sevdiyiniz insanları qucaqladığınız zaman ifraz olunan oksitosin hormonu sayəsində immunitet sisteminiz güclənir, beləliklə insan ağrı hisslərinə qarşı daha davamlı olur. Bir sözlə, həm mənəvi, həm də fiziki istirahət üçün insanın sevdiyi bir şəxsi qucaqlaması qədər gözəl hiss yoxdur.

Samirə İsmayılova, “İki sahil”