28 oktyabr 2020 14:30
781

Qurban Qurbanov: Düzgün və doğru oyun qurmağa çalışacağıq

"Qarşılaşma Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. "Vilyarreal"ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqiblə oynayacağıq. Düzgün və doğru oyun qurmağa çalışacağıq.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə oyundan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqibə qarşı yaxşı oyun sərgiləmək niyyətindədirlər.