15 yanvar 2020 15:52
350

Renat Dadaşov "Vulverhempton"da dubl etdi

İngiltərənin "Vulverhempton" klubu "Birmingham County Senior Challenge Cup"da növbəti oyununu keçirib.

"Canavarlar" "Tividale" ilə qarşılaşmada 6:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin üzvü Renat Dadaşov oyunda 2 qol vurub.

20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib. "Vulverhempton" Renatı yenidən icarəyə vermək üçün klub axtarır.

Milli.Az