27 oktyabr 2020 11:48
567

"Report" 6 yaşını qeyd edir

Bu gün "Report" informasiya agentliyi 6 yaşını qeyd edir.

"İki sahil"in məlumatına görə, “Report-İA” MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. Həmçinin, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

"İki sahil" kollektivi olaraq, “Report” İnformasiya Agentliyində çalışan həmkarlarımızı bu münasibətlə təbrik edir, hər yeni layihədə uğur arzu edirik!