12 avqust 2020 23:23
1066

Rəqibi "Keşlə"ni analiz edə bilmir

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniya "Laçi"si Azərbaycan klubu barədə məlumat toplamaqda çətinliklə üzləşib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, buna Premyer Liqanın koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılması səbəb olub.

"Laçi"nin məşqçilər heyəti rəqibi analiz etmək istəsələr də, Bakı təmsilçisinin mart ayından rəsmi oyun keçirməməsi buna mane olur.

Qeyd edək ki, avqustun 27-də keçiriləcək "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacq.