16 may 2019 20:48
1189

Ronaldudan Fələstinə 1.5 milyonluq yardım

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu xeyirxah addım atıb.

Qol.az-ın yaydığı xəbərə görə, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.

Qeyd edək ki, bu, Ronaldunun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.