14 avqust 2019 13:23
411

Sərdar Ortaç boşandığı arvadına söz atdı - VİDEO

Son günlər Türkiyə gündəmini boşanma xəbəri ilə zəbt edən Sərdar Ortaç Antalyada konsert verib.

Publika.az xəbər verir ki, konsert zamanı Sərdar Ortaç “evlilik həqiqətən iki ruhi xəstənin işidir, odur ki, iki dəli bir araya gəlməməlidir” deyə yeni qalmaqal yaradıb.

Həmçinin keçmiş həyat yoldaşının rəqqasələrlə həddən artıq səmimi olmaq qadağasını da rahatca pozub. "Artıq subayam, yeni sevgilərə üfüqlərim açıqdır" deyib.