03 may 2020 13:54
2991

Şahdağ Milli Parkında zubrların sayı 14-ə çatıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Beləliklə, zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.
"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O qeyd edib ki, Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə ötən ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindirici haldır ki, hazırda onların sayı 14 -ə çatıb.