21 aprel 2019 15:54
690

Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb VİDEO

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.