18 yanvar 2021 13:27
927

SOCAR 2020-ci ildə neft və qaz hasilatının həçmini açıqladı

SOCAR müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.

"İki sahil" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib. 

Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə Azərbaycanda qaz hasilatı təqribən 4 faiz artaraq 37,1 milyard kubmetrə çatıb.

Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.

2020-ci ildə SOCAR üzrə 56 min metrə yaxın qazma işləri həyata keçirilib.