03 dekabr 2020 15:22
1172

SOCAR-ın təsdiq olunmuş kondensat ehtiyatları artıb

"İki sahil" xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Bildirilir ki, 2019-cu ilin sonuna SOCAR-ın təsdiq edilmiş ümumi kondensat ehtiyatları 10 milyon 54 min ton təşkil edib. 4 milyon 751 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 5 milyon 303 min ton təsdiq edilmiş və işlənməmiş kondensat ehtiyatlarıdır.

Qeyd edək ki, 2018-ci ilin sonuna şirkətin təsdiqlənmiş ümumi kondensat ehtiyatları 8 milyon ton olub. 3 milyon 595 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 25 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 3 milyon 620 min ton təsdiq edilmiş və işlənmiş, 4 milyon 380 min ton təsdiqlənmiş və işlənməmiş neft ehtiyatları təşkil edib.