08 iyul 2020 13:21
889

"SOCAR Polymer" xammal istehsalını artıracaq

"SOCAR Polymer" MMC xüsusi növ parçaların hazırlanmasında istifadə olunan polipropilen növünün istehsalını genişləndirir.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "SOCAR Polymer" MMC tərəfindən tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammalın istehsalına başlanıb. Bu ilin may ayında istehsal 600 tondan çox olub və avqust ayınadək 1 500-2 000 ton məhsul istehsalı planlaşdırılır.

Qeyd edək ki, bu xammaldan qoruyucu maskaların, birdəfəlik tibbi geyimlərin, uşaq bezlərinin, mebel və tikinti təyinatlı parçaların və s. istehsalında istifadə edilir.