21 yanvar 2021 16:52
294

“Sputnik V” peyvəndini təsdiqləyən ilk Aİ ölkəsi Macarıstan oldu

Macarıstan Rusiyanın “Sputnik V” peyvəndini təsdiqləyən ilk Avropa İttifaqı ölkəsi olub.

"İki sahil" xarici mediaya istinadən bildirir ki, preparat Macarıstan tənzimləyicisinin mütəxəssis qərarına əsasən təcili istifadə üçün təsdiq edilmişdir.

Təsdiqetmə prosesi sürətləndirilmiş qaydada keçib. Preparatın veb-saytındakı Əlcəzair, Argentina, Serbiya, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan və Belarusda qeydiyyata alındığı bildirilir.

Qeyd edək ki, Rusiya peyvəndinin effektivliyi 92% səviyyəsində qiymətləndirilir.