27 noyabr 2020 12:46
833

“Sumqayıt” - “Qəbələ” oyunu  təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb. 

“İki sahil” xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.