29 may 2020 19:54
1042

Təcridxanalarda epidemioloji vəziyyət sabitləşib

Ramin Bayramlı: Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib

Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib və hazırda bu hal təhlükəli deyil.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, bütün ölkə ərazisində sərt karantin rejimin bərpası gündəmdə deyil: “Lakin lokal göstəricilər nəzərə alınmaqla ayrı-ayrı yerlərdə karantin tədbirləri tətbiq edilə bilər”.