23 iyul 2019 16:08
1022

Tommaso Boninti : Festival çox möhtəşəmdir

İtaliyada doğulmuşam və hazırda Livorno şəhərində yaşayıram. Atletika ilə 12 yaşımdan məşğulam və bu idman növünü çox sevmişəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında 400 metr məsafəyə qaçış üzrə ikinci yerin sahibi olan İtaliya təmsilçisi Tomasso Boninti deyib.

“Düşünürəm ki, festival çox möhtəşəmdir. Təşkilatçılıq səviyyəsi isə çox yüksəkdir. Burda olmaq, yarışlarda iştirak etmək fantastikdir. Çox arzulayırdım ki, Bakıya gəlim və sizin mədəniyyətlə tanış olum. Mən öz nəticəmdən çox raziyam. Bu mənim ən yaxşı nailiyyətimdir. Buna görə də çox sevincliyəm. Bakı çox böyük şəhərdir. Bura gəlməzdən öncə bilmirdim ki, bu qədər gözəl bir şəhərlə tanış olacağam. Bu mənim üçün bir sürpriz oldu”.