07 may 2019 10:11
619

“Trabzonspor” “Beşiktaş”la arasındakı xal fərqini azaldıb - VİDEO

“Trabzonspor” rəqibinə qalib gələrək turnir cədvəlində “Beşiktaş”la arasındakı xal fərqini azaldıb

Futbol üzrə Türkiyə Superliqasının XXXI turu çərçivəsində “Trabzonspor” öz meydanda “Kayseripor”ü qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində Jose Sosa, 20-ci dəqiqəsində Yusif Yazıcı, eləcə də Əbdülqədir Ömür (65-ci dəqiqə) və Filip Novak (84-cü dəqiqə) fərqləniblər.

Qonaq komandanın heyətində isə Həsən Hüseyn 32-ci və 64-cu dəqiqələrdə topu rəqib qapıdan keçirərək dubl edib.

Beləliklə, bu qalibiyyətdən sonra xallarının sayını 56-ya çatdıran “Trabzonspor” Türkiyə çempionatında dördüncü sıradakı mövqeyini möhkəmləndirib və 3-cü pillədəki “Beşiktaş”la arasındakı xal fərqini üçə qədər azaldıb. Komanda, eyni zamanda, UEFA Avropa Liqasında Türkiyəni təmsil etmək hüququ qazanıb. “Kayserispor” isə 38 xalla 11-ci pillədə qərarlaşıb.

Turun digər oyununda “Konyaspor” səfərdə gözlənilmədən “Alanyaspor”u 4:2 hesabı ilə məğlub edib.

Hazırda “Qalatasaray” 63 xalla çempionatın vahid lideridir. Eyni xala malik “Başakşəhər” ikinci, “Beşiktaş” isə 59 xalla üçüncü sıradadır.