10 dekabr 2019 14:36
736

“Traktor” klubunun prezidentidə istefa verib

İranın “Traktor” futbol klubunun prezidenti istefa verib.

Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegian klubda tutduğu postdan ayrılıb. Sabiq prezident istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.

Q.Sadegiandan 3 gün əvvəl komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verib.

Qeyd edək ki, “Traktor” komandası hazırda İran çempionatında 18 xalla 9-cu pillədə qərarlaşıb.