28 yanvar 2020 09:42
1771

Traktora görə kənd qazsız qaldı - FOTO

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. 

Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti "İki sahil"ə məlumat verib.

Bildirilib ki, nəticədə qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.