26 yanvar 2020 19:39
1157

Türkiyədə zəlzələdə ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB

Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələdə ölənlərin sayı yenidən artıb. İndiyədək təbii fəlakət nəticəsində 1607 nəfər xəsarət alıb, 38 nəfər həlak olub.

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanının (AFAD) yaydığı məlumata görə, yanvarın 24-də qeydə alınan zəlzələ zamanı 72 bina dağılıb.