16 sentyabr 2019 14:55
808

ÜTT-nin Baş katibi: Azərbaycan ölkə iqtisadiyyatına xeyli sərmayə qoyub

"Azərbaycan son illərdə ölkəyə xeyli sərmayə qoyub və bu, konkret və maraqlı nəticələr verir."

Bunu "Report"un Rusiya bürosuna BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili deyib.

"İyul ayında təşkilatımızın ən vacib strukturlarından olan İcraiyyə Şurasının çox maraqlı toplantısını keçirdik. 35 ölkədən olan nazirlər turizm mövzusunda vacib problemləri həll etmək üçün Bakıya toplaşmışdı. Tədbir son dərəcə uğurlu oldu. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə çox yaxşı dostluq münasibətlərimiz var. Ümid edirəm ki, bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik", - o bildirib.

"Bakıya səfərim zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdüm. Görüş zamanı turizmin inkişafının perspektivli istiqamətlərini və müxtəlif turizm layihələrinin həyata keçirilməsinin xüsusiyyətlərini müzakirə etdik. Qeyd etmək istəyirəm ki, Azərbaycanın çox yaxşı turizm imkanları var və prezidentin başçılığı altında ölkə rəhbərliyi bu sahənin inkişafı üçün çox şey edir", - Z.Pololikaşvili söyləyib.