22 yanvar 2021 23:46
771

Vəfalı it altı gün xəstəxananın qarşısında gözlədi

Türkiyənin Trabzon şəhərində sadiq it xəstəxanaya yerləşdirilən sahibini hər gün ziyarət edib.

“İki sahil”in məlumatına görə, itin sahibi Cemal Şentürk yanvarın 14-də xəstələnib. Yaşlı kişini təcili yardım maşını aparanda “Boncuk” adlı iti  Təcili Tibbi Yardım avtomobilini izləyərək xəstəxanaya gedib. C.Şəntürkün qızı iti evinə aparsa da ertəsi gün it qaçaraq tibbi müəssisəyə gedib.

Xəstəxana işçisinin sözlərinə görə, bu hal 6 gün davam edib: “O hər gün səhər saat doqquzda gəlir və qaranlığa qədər baxırdı. İçəri girmirdi, amma qapı açılanda üzünü içəri yapışdırırdı".