21 fevral 2019 18:50
589

Venger klub prezidenti ilə gizli görüşdü

PSJ-nin prezidenti Nasser Əl- Xəlaifinin "Arsenal"ın eks-baş məşqçisi Arsen Vengerlə gizli görüşü olub.

"İki sahil" Goal.az-a istinadən xəbər verir ki, görüş Dohada keçirilən tennis turniri çərçivəsində baş tutub. Əl-Xəlaifi fransız mütəxəssisi şəxsi kabinetində qəbul edib. Söhbətin təfərrüatları açıqlanmır.

Görüşün yaratdıgı şayiələrə görə, PSJ məşqçilər korpusunda dəyişikliyə hazırlaşır. Bildirilir ki, Paris təmsilçisinin çalışdırıcısı Tomas Tuxel klubun idman direktoru Antera Enrike ilə qalmaqal yaşayır. Bu isə Əl-Xəlaifinin ürəyincə deyil.

Xatırladaq ki, PSJ Fransa çempionatında turnir cədvəlinin şəriksiz lideridir.