08 iyul 2020 15:51
1103

Virusla döyüş şüarları - FOTO

"Birimiz hamımız, hamımız birimiz üçün" - indiki koronavirus pandemiyası dönəmində bu sözlər hər bir vətəndaş üçün döyüş şüarı olmalıdır. Biz qaydalara əməl etməklə COVID-19 üzərində qələbəni yaxınlaşdıra bilərik. Əlbəttə, məsuliyyət və intizam gözəgörünməz düşmənlə müharibədə həlledici rol oynayır.

Yaxınlarımızla yenidən bir araya gəlmək, tezliklə dostlarla görüşməyi arzulayırıqsa, hamılıqla qaydalara əməl etməli və bu mübarizədən qalib ayrılmalıyıq.

Unutmamalıyıq ki, karantin rejiminin müddəti bizim özümüzdən asılıdır. Məsuliyyətli olub qaydalara riayət etsək, həm özümüzü, həm də cəmiyyətimizi virusdan qorumuş olarıq.

Koronavirusinfo.az saytının hazırladığı maarifləndirici posterlərdə pandemiya ilə mübarizə şüarları əks olunub. Həmin posterləri təqdim edirik: