23 sentyabr 2019 16:56
1234

Xatun: "Həmin kişi mənə hər şey etdi"

Deyirlər Xatun karset taxır. Kiməsə nələrsə böyük görsənir. Bunları balacalaşdırmaqla məşğulam. Kim narahatdı, deyim bilsin, artıq balacalaşdırıram.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "X maqazin" verilişində deyib. Sənətçi müzakirələrə səbəb olan ombasının böyütməsindən danışıb. O bildirib ki, artıq bədən ölçülərini kiçiltməyə çalışır.

"Yaxşı oxuya bilərsən, amma gərək maraqlı olasan. Bu yaxınlarda sual verdilər ki, Azərbaycanda birnömrəli kişi və qadın ifaçısı. Mən də Aygün Kazımova ilə Zamiq Hüseynovun adını dedim. Nə qədər adam mənə zəng etdi... Arxamca danışırdılar ki, bizə dost deyir, başqasının adını çəkir", - Xatun əlavə edib.

Müğənni sevgidən də danışıb:

"İlk dəfə 35 yaşında sevmişəm. Efirdə də bu haqda dedim. Bir qadının arzuladığı hər şeyi həmin adam mənə təqdim etdi. Amma mənim xasiyyətim qadın xasiyyəti deyil. Zəng edirdim ki, haradasan, aç telefonu baxım. Qaçdı...

Ar olsun o müğənnilərə ki, yaşı çox, özü boyda oğlu var, amma... Mən də gedib kreditə maşın alıb, üstünə bant bağlayıb, "Bunu sevgilim verdi" deyə bilərəm. Bir həftə bajalı bağ tutub, hər gecə şəkil paylaşaram ki, bahalı həyat yaşayıram. Özünə hörmət edən bunu etməz".