“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası davam edir.
Qızlar arasında keçirilən voleybol yarışında ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin idmançıları göstəriblər. Bakı Dövlət Sosial-İtisad və Bakı Rabitə və Nəqliyat kolleclərinin komandaları sonrakı pillələrdə qərarlaşıblar.
Oğlanların yarışında isə Bakı Dövlət Sosial-İqtisad Kollecinin yığması birinci yeri tutub. İkinci və üçüncü yerlərə Bakı Rabitə və Nəqliyyat, Azərbaycan Dövlət Pedaqoji kolleclərinin voleybolçuları layiq görülüblər.