13 dekabr 2019 17:02
845

“Yarışmanı oğurlayıb “O səs qayınanalar” keçirsinlər”

TV 8-in rəhbəri Acun Ilıcalı ilə Fox TV arasında yaranan qalmaqal yenidən alovlanıb.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Fox"da yayımlanan "Zuhal Topalla süfrədə" proqramının "Yeməkdəyik"dən oğurlandığını iddia edən Acun rəqib kanalı sərt şəkildə tənqid edib:

"Biz dünya üzrə layihələri alıb genişləndiririk. Yarışmaları ən böyük şirkətlərdən əldə edirik. Türkiyə dünyada format oğurlayan ilk ölkə oldu. İnana bilmirəm. "Yeməkdəyik"in formatını satın almışam, TV 8-də yayımlanıb və yaxşı reytinq toplayıb. Fox TV-də bir anda "Qayınanalarla yeməkdəyik" adlı veriliş yayımlandı.

Zəng vurdum, söylədim ki, bizimki ilə eyni deyil? Cavab gəldi ki, qarşısına qayınanalar sözünü əlavə etmişik. Belə olduğu halda "O səs qayınanalar" yarışmasını da təşkil etsinlər. Əməyimizə hörmət etsinlər. Gördüyüm işlə həyəcanlanan insanam. Fikir oğurluğu olanda əsəbiləşirəm".