19 iyun 2019 11:20
4984

Yoqanın faydaları

Yoqanın mənəvi istirahət fəaliyyəti kimi populyarlığı dünyada gün keçdikcə artmaqdadır. Yoqanın faydaları hansılardır? Yoqa asan tətbiq oluna bilən və cazibədar bir fiziki fəaliyyət formasıdır və bir yoqa proqramına qoşulmaq sağlam olmaq istəyən yaşlı yetkinlər üçün yaxşı bir seçim ola bilər.

Bəzi araşdırmalar göstərir ki, müxtəlif yoqa təcrübələri insanın ümumi sağlamlığı və fiziki sağlamlığının müxtəlif aspektlərini inkişaf etdirə bilər.

Yoqa üzərində edilən araşdırmalar göstərir ki, 8 həftəlik intensiv yoqa təcrübəsi romatoid artrit simptomlarını azaldıb.

* Onurğaya tətbiq edilən məşqlərlə duruş pozuqluqları aradan qaldırılır.

* Əzələlərin hərəkəti və güclənməsi nəticəsində ağrı və yorğunluğa səbəb olan yığılmış laktik turşu atılır.

* Hərəkətli asanaslar nəticəsində (yoqa pozaları zamanı) tərləmə olur. Bu sayədə toksinlər dəridən atılır və dəri sağlam olur.

* Nəfəs məşqləri nəticəsində qabırğa qəfəsini əhatə edən əzələlər güclənir, qabırğa qəfəsi genişlənir, ağciyər potensialı artır, tənəffüs tənzimlənir və tənəffüs sistemi inkişaf etdirilir.

* Xroniki ağrılar müalicə edilə bilər.

* Yoqa zamanı edilən asanas hərəkətlər daxili orqanlara masaj effekti verir. Bu yolla ifrazat bezləri daha yaxşı işləyir və hormonları balanslaşdırır.

* Çəki tarazlığı təmin edilir.

* Yuxu keyfiyyəti yaxşılaşır.

* Yenə ağciyərdə toksinlər nəfəs alaraq atılır.

* Qan axınını sürətləndirir. Bu, oksigen qəbulunu artırır və qan təzyiqini normallaşdırır.

* Yoqada əsasən ürək ətrafını əhatə edən əzələlər çalışır. Beləliklə, bel hərəkət edir, uzanır və güclənir.

Röya Rasimqızı, “İki sahil”