16 may 2018 23:18
1489

Dünyanın ən qəribə rekordları

Bu nailiyyətlər Qinnesin Rekordlar Kitabına daxil olub

Deyilənə görə, insan orqanizmindən istifadə etdiyi qədər beyninin də cəmi  5 - 10 faizini istifadə etmək imkanına  sahibdir. Nümunə kimi Şərq yoqası ustasının bacarığını göstərmək olar. Belə ki, yoqa ustası uşaq yaşlarında aldığı qeyri - düzgün tərbiyə nəticəsində qəbul etdiyi mənfi enerjini çıxararaq və bütün məhdüdiyyətləri aradan götürərək insan orqanizminin nəyə qadir olduğu nümayiş etdirmək qabiliyyətinə malikdir.

Çox nadir insanlar sırf  özləri üçün heç kəsin edə bilmədiyi hansısa bir bacarığı nümayiş etdirə bilirlər.   Qeyri -adi bacarığa sahib olanların demək olar ki, hamısı Qinnesin Rekordlar kitabına daxil olmaq üçün nümayişlər göstərirlər. Lakin maraqlısı ondadır ki, məhşur Qinnesin Rekordlar Kitabı “möcüzə” adlandırılan  qəribə rekordları da əhatə edir.

Ən uzun nitq rekordu

Luis Kolett şəxs 2004 - cü ildə iki gün fasiləsiz danışdığına görə, Qinnesin Rekordlar Kitabına daxil olub. Çoxları bu rekordu gərəksiz hesab edib. Lakin Kolettin rekordu az sonra başqa birisi tərəfindən ən uzun nitqinə görə, rekordlar kitabına daxil olub. Bununla razılaşmayan Luis uzun müddət etdiyi məşqlərdən sonra heç kəsə maraqlı olmayan rekordunu 124 saata, dəqiq desək,  beş sutkaya qədər çatdıraraq Qinnesin Rekordlar Kitabında birinciliyinə qayıda bilib.

Velosiped sürmək və skripkada ifa etmək rekordu

Yəqin ki, hər bir velosipedçi, hətta qeyri- professional olmasa da belə bir dəfə də olsa əllərindən istifadə etməyərək velosiped sürməyə çalışıb. Lakin Almaniyadan olan Kristian Adam 5 saat əlində skripka çalaraq velosiped sürüb. Bu müddətdə “ qeyri - adi skripkaçı” təxminən 60 kilometr yol qət edib.

Ən yüksək səslə qışqırmaq rekordu

Bu rekord 2013 - cü ildə 52 yaşlı britaniyalı Cill Dreyk adlı qadın tərəfindən həyata keçirilib. Belə ki, o 129 desibel səs ölçüsündə qışqırtı nümayiş etdirib.  Halbu  ki, 130 desibel ölçü insan üçün ağrı iflicinə, 135 disibel isə kontuziyaya qədər gətirib çıxarır. Yeri gəlmişkən, Disneylənd administrasiyası həmən dəqiqə qalib olan Cill Dreyki Los - Ancelesə dəvət edərək onun bu səs tonunu yeni qorxulu atraksion üçün istifadə edib.

Plastik əməliyyat sayına görə  rekord

Bu qalibiyyət amerikalı müğənni və tele ulduz Sindi Ceksona aiddir. Sindi ideal qadın arzusuna çatmaq üçün 52 plastik əməliyyat keçirib. O, keçirdiyi əməliyyatlara 100 min dollardan çox vəsait xərcləyib. Lakin Sindi bütün bu əməliyyatları Qinnesin Rekordlar Kitabına daxil olmaq üçün deyil, həyata keçirmək istədiyi ideal qadın obrazı yaratmaq arzusu naminə  edib.

Ən uzun saç rekordu

Bu rekordla müqaisə aparmaq istəyən çox adam var, lakin saçın uzunluğu çox vaxt insanın istəyi ilə deyil, orqanizmin hansısa bir genetik  imkanlarından asılı olur. Bu gün ən uzun saç nümayiş etdirən şəxs Çin vətəndaşı olan  Ksi - Kvipinqdir. Onun saçının uzunluğu 5 metrdir. Bu rekorda sahib olan qız uşaq yaşlarından, təxminən 1973-cü ildən etibarən saçlarını  kəsdirməyib. Baxmayaraq ki, uzun saçlar Ksi - Kvipinqin həyat fəaliyyətində həddindən artıq narahatlıqlar yaradır, o rekord naminə bütün bu əziyyətlərə qatlanır.

Kompyuterdə mətn yığmaq üzrə rekord

Bax bu rekord heç olmasa müəyyən bir fayda verə bilər.  İtaliyalı Mişel Santeliya 2008 - ci ildə fantastik şəkildə kompyuterdə mətn yığmaq üzrə rekord nümayiş edib. Bir neçə klaviaturadan istifadə edən Mişel müxtəlif dildə 67 kitabın  mətnini yığıb.  Ümumilikdə italyan oğlan 23 min səhvə və ya 3,5 milyon söz yazıb, kitab yığınının hündürlüyü isə 4 metrə çatıb. Lakin ən maraqlısı odur ki, bütün bunlar tərsinə şəkildə, yəni kitabın axırından əvvəlinə yazılıb. Bununla yanaşı,  Mişel bir dənə də olsa səhvə yol verməyib.

Sadalananlardan hansının daha dəlisov olduğunu demək çətindir, lakin istənilən halda onlar iki şeyi nümayiş etdirirlər: insanın nəhəng bacarığını və məşhur olmaq naminə hədsiz  səylərini.

Könül Əliyeva, “İki sahil”