19 sentyabr 2017 00:49
598

Zərərli hesab olunan vərdişlər əslində xeyirlidir

Elə bir insan yoxdur ki, hansısa bir zərərli vərdişi yeni ildən, və ya birinci gündən və yaxud da sabahdan tərgidəcəyinə söz verməsin. Təbii ki, çoxları bu  haqda unudurlar və ya fikirləşdiklərini həyata keçirmək üçün özlərində iradə toplaya bilmirlər. Bu məqaləni oxuduqdan sonra siz bəzi vərdişləri tərgitməməyinizə peşman olmayacaqsınız.

Daim əldə hansısa bir əşyanı fırlatmaq, qələmin başlığının düyməsini tez - tez açıb bağlamaq böyüklər üçün heç də təhlükəli vərdiş hesab edilmir. Belə  vərdişlərin gün ərzində 350 kilokalori yandırmağa kömək etdiyini bildirdinizmi? Son zamanlar əldə oynatmaq üçün  çoxlu  maraqlı əşyalar meydana çıxıb.

Həddindən artıq qəhvədən istifadə etmək təbii ki, zərərlidir, lakin bu qiymətli içkidən qədərində istifadə etmək çox xeyirlidir. Gün ərzində üç fincandan artıq olmamaq şərti ilə qəbul olunan qəhvə maddələr mübadiləsini yaxşılaşdırır, fiziki məşqlərin effektivliyini artırır, böyrəkdə və öd kisəsində daş əmələ gəlməsi riskini azaldır. Harvard Tibb İnstitunda aparılan araşdırmaların nəticəsinə əsasən bildirilib ki, gün ərzində iki fincan və daha artıq qəhvə içən qadınlar depressiyadan əziyyət çəkmirlər. Digər araşdırmalar isə göstərir ki, gün ərzində üç fincan qəhvə şəkər xəstəliyi riskini sürətlə aşağı salır.

Çoxlarımız mütəmadi olaraq dostlar haqqında olan  məlumatları  bölüşürük. Həmkarlarımızın uğurları, kiminsə hərəkət və geyim tərzi haqqında və .s. məlumatlar bizim psixoloji durumumuza müsbət təsir göstərir. Dedi - qodu təkcə ətrafındakı insanları yaxşı tanıyıb münasibət qurmaq üçün deyil, həmçinin məmnuniyyət hormonunun yaranmasına kömək edərək stressi yüngülləşdirir.

Çoxlarımız fikirləşirik ki, emosiyalarımızı idarə etməyi itirmək qeyri- etikdir. Təbii ki, əksər hallarda bu, belədir. Lakin bir çox psixoloqların sözlərinə görə, bəzən emosiyaları rahat buraxmaq həyati vacib məsələdir. Emosiyaları büruzə vermək stressin yaradacağı neqativ nəticələrin yüngülləşməsinə kömək edir. İsveçrədə aparılan araşdırmalara görə,  öz emosiyalarını gizlədən kişilər iki dəfə çox ürək tutmaları riski daşıyırlar.

Son illər rəsmi tibb günəş şüalarından qorunaraq dəri xərçəngi xəstəliyi riskinin aşağı salınmasına kömək etdiyini bildirib. Lakin son  zamanlar aydınlaşdırılıb ki, tez - tez azmüddətli günəşdə olmaq çox xeyirlidir. Böyük Britaniyada  insanlar vitamin D çatışmazlığından əziyyət çəkirlər və burada  səhiyyə sahəsində çalışan yeddi əsas təşkilat  insanların hər birinə gün ərzində heç bir qoruyucudan istifadə etmədən  10 dəqiqə günəş şüası qəbul etməyi məsləhət biliblər.

Daim ağır,  yağlı yeməklərdən və şirniyyatdan istifadə etmək - sağlamlığa zərər yetirmək deməkdir. Lakin zamanla ağır pəhrizlərdən uzaq duraraq özünüzə fəst - fud yeməklərindən qidalanmağa icazə verməyiniz mütləq lazımdır.  Həqiqətən də  əgər siz vaxtaşırı  özünüzə qadağan etdiyiniz qida ilə qidalansanız gələcəkdə bu məhsula olan aslılığınız azalacaq. Əgər siz öz istəyiniz ilə bir qrup məhsullardan özünüzü məhrum etsəniz, hansısa bir məhsula olan aslılığınız pəhrizinizdə disbalansın yaranmasına səbəb olacaq.

Könül Əliyeva, “İki sahil”