08 oktyabr 2018 19:55
3434

Qusarda turizm əhəmiyyətli yol əsaslı təmir olunur

Turizm əhəmiyyətli Qusar-Əniq-Ləzə avtomobil yolu əsaslı təmir olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 7 kəndi birləşdirən bu yol turistlərin Şahdağ Turizm Mərkəzinə gediş-gəlişini daha da rahatlaşdıracaq.

Qusar–Əniq–Ləzə avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun inşa edilir. İşlərə 10 gün əvvəl başlanılıb. Bu müddət ərzində yolun 18 kilometrlik hissəsinin asfalt örtüyü yenilənib. Bütün müasir tələblərə cavab verəcək yolun eni 12 metrə çatdırılıb.

Ümumilikdə, yolun 28 kilometrinə yeni asfalt döşənəcək. Tikinti işləri oktyabrın sonlarında yekunlaşacaq.

Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilir.