22 yanvar 2019 10:51
1446

Yapon qızın insanlığa ümid mirası

Hadisə 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə ilk nüvə bombasının atılması dövrünə təsadüf edir. Yarım milyon əhali ilə birlikdə Sadako Sasaki adlı yapon qızın ailəsi də bu bombadan zərər çəkmişlər sırasına daxil olublar. Şəhər tamamilə darmadağın olmuşdu. ABŞ-ın atom bombası 2 yaşlı Sadokanın Xirosimadaki evlərinin sadəcə 2 kilometr uzaqlığına atıldı. İlk baxışdan ailə üzvlərindən heç biri xəsarət almamışdı. Nüvə bombasının radiasiyası hələ təsirini  göstərməmişdi.

Kiçik qız aradan  illər keçdikdən sonra məktəbə getməyə belə başlamışdı. Dərslərinə qarşı son dərəcə diqqətli və müvəffəqiyyətli, müxtəlif sahələrdə səlahiyyət alan sosial bir şagird idi. 12 yaşına gələnə qədər, döyüşün izləri yox kimi idi...

1954-cü ildə radiasiya öz təsir əlamətlərini göstərməyə başladı. Məktəbdə keçirilən yarışların birində balaca qız özünü halsız və başının gicəlləndiyini hiss etməyə başladı. Sadako olanları unutmağa çalışdı və bu haqda heç kimə bir söz belə demədi. Lakin günlərin bir günü Sadako yıxılır və yerindən qalxa bilmir. Dərhal xəstəxanaya aparılan qızı müayinə edən həkimlər ona qan xərçəngi diaqnozunu qoyurlar. 1955-ci il 21 fevral tarixində Sadako “leykemiya” diaqnozu ilə xəstəxanaya yerləşdirilir.

Sadakonın ən yaxın rəfiqəsi xəstəxanaya ziyarətə gələn zaman özü ilə kağız parçasından hazırlanan durna fiquru gətirir və ona aid bir rəvayət danışır: durna quşu Yaponiyada xoşbəxtlik quşu hesab olunur, 1000 il yaşayır; əgər xəstə bir insan kağızdan 1000 ədəd durna düzəltsə, həmin insan sağalacaq.

Rəvayətə inanan Sadako kağızdan 1000 ədəd durna düzəltmək qərarına gəlir. Lakin xəstəliyi ucbatından o tez yorulurdu və başladığı işi sona yetirə bilmirdi. O, özünü yaxşı hiss edən kimi işinə davam edirdi.

Təəssüf ki, balaca Sadakonun ömrü 1000 durna düzəltməyə yetmədi. Atom bombası atıldıqdan 10 il sonra 25 oktyabr 1955-ci ildə həyata gözlərini əbədi yumdu. Yoldaşları, əskik qalan 356 durna hazırlayıb onunla birlikdə dəfn etdilər.

O gündən sonra durna quşu sülhün və nüvə silahsızlanmasının simvolu halına gəldi. Sadakonun və atom bombasından ölən bütün uşaqların xatirəsinə Xirosimada bir abidə düzəldildi.

Sadako “Dünya Parkı” adı ilə təltif olunan abidənin açılışı 1995-ci il 6 avqust tarixində baş tutub. 30 iyun 2002-ci ildə park Dünya Bağları Şəbəkəsi sırasına daxil olunub.

Sadako Sasakinin faciəli həyatı “Salam, uşaqlar!” bədii filminin süjet xəttinə çevrilib. Sadakonın adına kitablar, filmlər, cizgi filmləri, musiqilər yazılıb.

Ən məşhur kitab isə 1977-ci ildə Eleanor Koerin “Sadako və min kağız durnalar” kitabıdır. Həmin bu kitab dünyanın 18 ölkəsində yayılıb və ABŞ-da kitaba əsasən film çəkilib.

Könül Əliyeva, “İki sahil”