KÖŞƏ

Röya Rasimqızı

COVID-19: Tədbirlər bu günə qədər nəzarət altındadır

19 avqust 2020 23:03
3287

Bu gün Azərbaycanda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Ölkəmiz dünyada geniş yayılmış pandemiya fonunda qətiyyət nümayiş etdirərək profilaktik tədbirlər görür, insanlarımızın sağlamlığının qorunması üçün bütün lazımi işləri yerinə yetirməklə bu bəlanın qarşısını almaqda uğurlu addımlar atır.

Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı ardıcıl əməli tədbirlər dəfələrlə müvafiq beynəlxalq qurumların və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında səmərəli nəticələri ilə gündəmə gəlmişdir. Azərbaycan çox nadir ölkələrdəndir ki, insan sağlamlığı amilinin mühüm faktor olduğunu ən önəmli dövlət siyasəti olaraq qarşıya qoymuşdur. Belə ki, pandemiyanın iqtisadiyyata vurduğu ziyana baxmayaraq insan amilinin daim ön planda tutulması və sosial siyasətə böyük diqqət ayrılması, işsizlik probleminin yaranmaması üçün sahibkarlara dəstək verilməsi, səhiyyə sahəsində olduqca sürətli və operativ tədbirlərin görülməsi ölkə siyasətinin insan yönümlü olduğunu açıq şəkildə ortaya qoyur.

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə videoformatda müşavirə keçirdiyi müşavirədə pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı vacib məsələlərə toxunmuşdur.

Cənab Prezident qeyd etmişdir ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. Ölkə başçısı bu işdə həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək demişdir:  “Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.

Bundan əlavə,  pandemiya dövründə səhiyyə sahəsində görülən işlərdən də söz açan ölkə başçısı bildirmişdir ki,  bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib. Testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atılıb. Qısa müddət ərzində laboratoriyalarımızın sayı 5 dəfə artırılıb. Hazırda məqsəd laboratoriyaların sayının 45-ə çatdırılmasıdır. Daha sonra ölkə başçısı vurğulayıb ki, 9 modul tipli xəstəxana istismara verilib və yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Ən kritik ssenariyə hazır olmalıyıq prinsipi ilə hərəkət edən ölkə başçısı hələ ki, buna ehtiyac olmasa da iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrildiyinin, yəni, uyğunlaşdırma məsələlərinin həll edildiyini vurğulamışdır. Qeyd edək ki, bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala biləcək .

Bir çox inkişaf etmiş ölkələr belə bu dövrdə ölkə iqtisadiyyatının daha vacib olduğunu düşünərək sosial siyasəti ikinci plana atdığı halda Azərbaycan Prezidenti İlham Əliyev daim insan amilinin daha vacib olduğunu bildirdi. Bunun üçün hər bir Azərbaycan vətəndaşı ölkə Prezidentinə minnətdardır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?