KÖŞƏ

Sevinc Azadi

Tarixi saxtalaşdırmaqla tarix yaratmaq olmaz!

22 fevral 2021 18:27
409

Başqa xalqların tarixi-mədəni irsinin mənimsənilməsi erməni yalanları və saxtakarlıqları üçün əsas istinad mənbəyi olmuşdur

Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı, xalqın Prezidentinə inamı, Ali Baş Komandanın xalqa güvəni hesabına ermənilər 200 ildə görmədikləri ən ağır zərbəni aldılar. Xalq-iqtidar birliyinin rəmzinə çevrilən dəmir yumruq ermənilərə ilk dəfə olaraq son iki əsrdə kim olduqlarını anlatdı, onlara dünya birliyində layiqli yerlərini göstərdi. Bununla belə Azərbaycan xalqı 30 il ərzində erməni faşistlərinin xalqımıza yaşatdıqları müsibətləri, iki əsr ərzində vurduqları maddi və  mənəvi zərərləri heç vaxt unutmayacaq. İndi ermənilər dünyaya səs salaraq, yalvararaq tarixən azərbaycanlılara məxsus olan lakin, zaman-zaman adları dəyişdirilərək erməniləşdirilən abidələrinin qorunmasını xahiş edirlər. Bu oğru və saxtakar millət yenə də başa düşmək istəmir ki, öz yurdu, məskəni olmayan bir toplumun Qarabağın Dağlıq hissəsində hansı tarixi abidələri ola bilər?.. Ermənilər yenə də unudurlar ki, azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxır. Xalqının daxili xislətini yaxşı bilən erməni şairi Ovanes Tumanyanın yazdığı kimi onlar daxildən xəstədirlər: “həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”.

Bu sözlər təsadüfi deyilən sözlər deyil. Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı yürütdükləri düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdikləri soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "böyük Ermənistan" dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir. Ermənilər isə həyasızcasına iddia edirlər ki, guya tarixi İrəvan qalası onlara məxsus olub və "Yerevanqala" adlandırılıb.

Tarixi faktlarda qeyd olunur ki, 1500-cü illərdə Şah İsmayıl Xətai öz hakimiyyəti dövründə ağıllı, müdrik vəzirlərindən olan Rəvanqulu xana qala tikdirməyi tapşırır və həmin vəzir də möhtəşəm bir qala inşa etdirərək ona öz adını verir: "Rəvan qalası". Sonradan bu ifadə xalqın dilində "İrəvan qalası" kimi səslənir. Siz ermənilərin necə hiyləgər bir millət olduğuna fikir verin. Tarix sübut edir ki, 5 əsr əvvəl heç onların dövləti olmayıb. Ermənistan adlı dövlət 200 il öncə, daha dəqiq desək, 1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bu iki imperiya arasında bölüşdürülməsi hesabına yaranıb. Birmənalı qeyd etmək lazımdır ki, imperialist qüvvələrin məqsədyönlü işğalçılıq siyasətinin yekunu olaraq Ermənistan adlı dövlət meydana gəlib.

1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s. ), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s. ) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.

Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər də öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.

Ümumiyyətlə, ilk dəfə toponimlərin adlarının dəyişdirilməsi 1919-cu ildə daşnak hökuməti tərəfindən başladı. O zaman daşnak hökumətinin daxili işlər naziri göstəriş vermişdi ki, azərbaycanlıların qovulduğu və ermənilərin köçürüldüyü yerlərə erməni adları verilsin. 1919-1920-ci illərdə 17 yaşayış məntəqəsinin adı dəyişdirildi. Sonra 1935-ci ilə qədər Ermənistan hökuməti tərəfindən, 1935-ci ildən sonra isə Ermənistan Ali Sovetinin fərmanları ilə yer adları dəyişdirilərək erməniləşdirilib. Təkcə sovet hakimiyyəti illərində 1988-ci ilə qədər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 250 minə yaxın azərbaycanlı yaşayırdı. Bu dövrdə 190 sırf azərbaycanlı yaşayış məntəqəsi, 94 ermənilərlə qarışıq ərazi mövcud idi. Ermənistanın 6 şəhərində də azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar. 1988-ci ilə qədər Ermənistanda 521 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi. 1991-ci ilin aprel ayında Levon Ter-Petrosyanın fərmanı ilə 91azərbaycanlı  yaşayış məntəqəsinin adı dəyişdirildi. İş burasındadır ki, bir çox yer adları dəyişdirilərkən azərbaycanlı adları erməni dilinə tərcümə olunub dəyişdirilirdi. Ermənilər tarixi saxtalaşdırmağa çalışsa da, ancaq tarixi silmək olmaz.

Hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları vətənlərindən məhrum oldular! Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi təqribən 2 əsr bundan əvvəl Azərbaycan torpağı, buranın aborigen əhalisi isə azərbaycanlılar olub. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Bu həqiqəti heç kim, heç nə dəyişə bilməz!

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?