KÖŞƏ

Nurəddin Muğanlı

Saxta erməni sindromu

03 iyun 2021 00:59
7897

Dünya ermənilərin bu yalançı sindromunun mənşəyini bilsə…

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra  məğlub Ermənistanın  ilk işi  işğaldan əvvəlki sərhədlərinin mühafizəsini təşkil etmək idi.  Lakin  ermənilər  öz  saxtakarlıqlarından əl çəkmir, Azərbaycan Silahlı Qüvvələrinin  işğaldan azad etdiyi  ərazilərdə  təxribatlar törətməyə can atırlar. 200 il bundan əvvəl olduğu kimi, bu gün də ermənilik  siyasətinin ən böyük silahı yalan və böhtandır.

Tarix  elmləri doktoru , professor Həsənbala Sadıqov  “Emənistanın  uğursuz  6 diversantı hərbi əsirə cevirmək sindromu” sərlövhəli məqaləsində çox  haqlı  olaraq yazır ki,  biz talehsizlikdən, yaxın keçmişdəki məqsədli müdaxilə nəticəsində Ermənistan adlı  dövlətlə qonşuyuq.  “Tarix bir daha təsdiq etmişdir ki, Ermənistanla qonşuluq  elə Şəristanla qonşu olmaq deməkdir...”

Təbii  ki,  30 il işğal altında saxladığı o ərazilərdə fəaliyyət göstərən erməni separatçıları  bu  torpaqlarda  nəyin harada olduğunu  çox yaxşı  bilirlər.  Elə  bu səbəbdən də  44 günlük müharibədə məğlub olandan sonra da  öz  murdar  niyyətlərini   terrorçuluq, diversantlıq üsulları ilə davam etdirməyə cəhd göstərirlər.

Bütün vasitələrlə Azərbaycana azad olunan ərazilərdə quruculuq  işləri  həyata keçirməyə imkan verməmək üçün Ermənistan rəhbərliyi ölkə daxilindəki  iqdisadi-siyasi  gərginliyi  və  vətəndaş qarşıdurmasını aradan qaldırmaq  əvəzinə “qonşu” qanı tökməkdən sanki həzz alır,  nəşələnir.  Professor H. Sadıqovun dediyi kimi,  dünyada insanlar dəyişdiyi kimi, mübarizə vasitələri də sürətlə dəyişir. Torpaq verib dövlət etdiyimiz ermənilər Dağlıq Qarabağı ələ keçirmək üçün uzun illər,  necə deyərlər, saman altından su yeritmişdilər: “Əslində, 30 il rəmzidir, uzun illər davam edəcək faciəmizin əsası 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti qurulanda qoyuldu.Beləliklə, ermənilərə yalan və böhtanın əl ayaq açması üçün hər cür şərait yaradıldı.”

1930-cu illərdən başlayaraq ermənilər Kreml qarşısında dəfələrlə məsələ qaldırdılar ki, azərbaycanlılar bizə Qarabağı versinlər... Çox təəssüf ki,  Moskava erməni  həyasızlığına son qoymaq üçün  bir dəfə də demədi ki,  Azərbaycanın qədim torpağında torpağında oturub utanmadan  yenə də Azərbaycandan torpaq  istəyirsinz...

1960-cı ildə  SSRİ-nin rəhbəri Nikita Xruşşov  əvvəlcə Azərbaycana, sonra Ermənistana  səfər edir. Orada yeyib-içib sərxoş olsa da, ermənilər  Qarabağ məsələsi  gündəmə gətirəndə,  belə deyir: “Əgər siz Qarabağda yaşayan erməniləri belə çox istəyirsinizsə mən Sovet ordusundan 27 min əsgər və çoxlu texnika ayırıb, orada yaşayan erməniləri Ermənistana köçürməyə hazıram. Amma torpaq məsələsinə qarışmaq olmaz.”

Bədnam Mixail Qorbaçovun razılığını alan ermənilər isə SSRİ-nin dağılmasında  Qarabağ məsələsindən “erməni sindromu” kimi də istifadə etdilər.

Bəs saxta erməni sindromunu necə dəf etmək olar?

Ermənilərin xaç atası Stepan Şaumyan  bolşevik qiyafəsi  geymiş daşnak törəmələrinə vaxtilə türklər barədə belə  tövsiyə etmişdi: ”Türklər qalib gələ bilərlər. Lakin bizdən xarabazarlıqdan başqa bir şey ala bilməzlər.”  Reallıq  göz  qabağındadır. Bu  gün bütün dünya  son 30 ildə  ermənilərin  Azərbaycan  torpaqlarında törətdiyi vandalizmin şahidi olur. Amma əfsuslar olsun ki, yenə də onların yalanlarını  gerçək  kimi “qəbul edir.”  İndi də  Ernənistan Azərbaycan ərazisinə  dversiya törətməyə gələn 6 terrorçunu erməni ordusunun əsgərləri olaraq dünyaya təqdim edir.

Ermənistanı müdafiə edən xarici dövlətlər  də bütün zamanlarda real faktı deyil, görmək istədiklərini görür,  eşitmək istədiklərini eşidirlər. “The Moscow Post”un müxbiri 6 erməni əsgərinin Azərbaycanla sərhəddə əsir götürüldüyü barədə məlumatı  yoxlamadan  təkrar olduğu kimi  “dövrüyyəyə  buraxır.”

Ermənistan Müdafiə Nazirliyi utanmadan onu da bildirir ki, erməni əsgəri adı ilə dünyaya təqdim etdikləri “terrorçuların” azad edilməsi ilə əlaqədar vacib tədbirlər görülür. Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında bildirib ki, onlar bizim ərazini  minalayırdılar. “Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı?”

Həbs olunan terrorçuları Ermənistan Müdafiə Nazirliyi əsassız olaraq dünyaya hərbi əsir olaraq bəyan edir. Hər halda,  gecə saat üçdə Azərbaycan sərhədini gizli olaraq keçənlərin xeyirxahlığından söhbət gedə  bilməz. Məsələnin mahiyyəti ortadadır. Terrorçular dünyaya erməni hərbi əsirləri olaraq təqdim edilir.  Azərbaycan sərhəddini gizli keçən erməni əsgər deyil, terrorçudur, diversantdır. Əməlləri isə göz qabağındadır.

Erməni  iddiaları sadəcə siyasi məqsədlərə əsaslanan uydurma və  böhtanlardan ibarətdir. Bu da Ermənistanın özü ilə  bərabər qonşu olduğu dövlətlərə  böyük ziyanlar  bahasına  başa gəlir. Ona  görə də dünyaya  yaydıqları  saxtakarlıq sindromunu aradan qaldırmaq üçün ilk addımı ermənilər özləri atmalıdırlar. İlk növbədə  qonşu  dövlətlərə ərazi iddalarından əl çəkib  Tanrının  onlara   nəsib etdiyi  nemətə  şükür etməlidirlər. Çünki  bu dövlət 30 il  Azərbaycan torpaqlarını işğal etsə də, yenə əvvəlki kimi kasıb, yoxsul, dilənçi kimi yaşayıb. 

Ermənilər eyniz zamanda, bu  gün  Azərbaycan xalqının əsrlər boyu  qazandığı nailiyyətləri sıfıra endirmək,  qədim Qarabağ xalçalarını  öz  adına çıxmaq əvəzinə   onları  Azərbaycanın  milli ruhunun daşıyıcısı  kimi qəbul etməyə və bu həqiqətdən  bacararlarsa qonşu kimi zövq almağa başlamalıdırlar.