KÖŞƏ

Nurəddin Muğanlı

Ermənistanın paytaxtında “möcüzə”

01 iyul 2021 21:16
2744

Və yaxud ermənisayağı növbəti şou  

Bu günlərdə İrəvan küçələrində Azərbaycan dilində danışan adamlar “qəribə “möcüzə” effekti yaradıb. Az qala qısa müddət içərisində dünyanın bütün KİV-ləri ermənləri təbrik etməyə başladılar ki, uzun illərdən sonra Ermənistanın paytaxtının küçələrində Azərbaycan dilində danışanlar var. Bu “möcüzəyə” fərqli şəkildə münasibətlər bildirənlər də olub. Bəzilərinin fikrincə, Vətən müharibəsində Azərbaycanın qələbəsi  erməniləri bir sıra xasiyyətlərindən əl çəkməyə məcbur edib. Hətta bu məsələyə erməni və azrəbaycanlı icmalarının bir araya gəlməsində ilk addım kimi qələmə verənlər də var.

Yəni  artıq azərbaycanlılar heç bir təhlükə hiss etmədən İrəvana  nəinki gələ bilərlər, hətta mühafizəçisi olmadan şəhərin gur yerində gəzər və Azərbaycan dilində danışa bilərlər. Sosial şəbəkələrdə bu xəbərin dünyaya yayımlamasından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti də bu “möcüzənin” tədqiqi ilə “məşğul olmağa başladılar.”  Güya  Ermənistan respublikasının ən mühüm idarəsi ölkəyə kimlərin daxil olmasından xəbərsiz idilər. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti  paytaxtda operativ-axtarış tədbirləri həyata keçirdiyini bildirib. Bəs əslində İrəvanda Azərbaycan dilində danışanların peyda olmasının pərdə arxasında hansı sirləri gizlənir?

Uzun illər Türkiyədə çalışan tarix elmləri doktoru, professor  Həsənbala Sadıqovun Ankarada fəaliyyət göstərən Kafkasya Stratejik Araştırmalar Merkezinin (KAFKASSAM) ermənicə, rusca, gürcücə ingiliscə  yayımladığı saytında gündəmdə olan məsələyə “İrəvanda “Azərbaycan dilində danışan insanlar” şousu və açmasına dair”  məqaləsində aydınlıq gətirib. Məqalə müəllifi qeyd edir ki, ermənilər dünyanın bütün ölkələrində yaşadıqları halda Ermənistan adlanan ölkədə özlərindən başqa  qeyri millətlərin  yaşamaq imkanı yoxdur. “Ermənistan mono etnik ölkədir və siyasətinin əsasında başqa xalqlara qarşı nifrət və irqçilik dayanır... Gəlin “Azərbaycanca danışanların” qatı irqçi Ermənistanın paytaxtı olan qədim türk şəhərində olmasının sir pərdəsini qaldırmağa çalışaq.”

Tarixçi alim oxucuları nigarançılıqdan qurtarmaq üçün qeyd edir ki, İrəvan küçələrində azərbaycanca danışanlara İran-Ermənistan pəncərəsindən baxmaq lazımdır. “1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Yalnız məscidər deyil başqa müsəlman abidələri də sonralar ermənilər tərəfində dövlət siyasəti olaraq dağıdıldı. Bu siyasətdə məqsəd türk yurdu olan Ermənistanı onun ilk sahiblərinin izindən məhrum etmək idi.”

Məqalədə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi  olduğu bildirilir. “Bu gün Ermənistanda Göy məscid istisna edilərsə müsəlman abidələri tamamilə məhv edilmişdir. Göy məscidin ermənilərin qəzəbindən kənarda qalmasını  müəllif belə izah edir ki,  adı çəkilən məscid Azərbaycanın qədim tarixi abidəsi olsa da,  artıq neçə illərdir ermənilər onu  dünyaya İranın mədəniyyət nümunəsi, “fars məscidi” kimi təqdim edirlər “Göy məscid İran-Ermənistan yaxınlaşmasında mühüm rol oynamışdır. İran Ermənistanın yeganə müsəlman abidəsini-Göy məscidi (Hüseyniyyə) himayə etdi və onun dağıdılmasının qarşısını aldı.

1995-2005-cı illərdə Göy məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Məhz Göy məscid İrəvan küçələrində peyda olan və “Azərbaycan dilində danışanlar” tapmacasını açmağa aydınlıq  gətirir. Artıq neçə illərdir ki, İrandan  Göy məscidi ziyarət etmək üçün İrəvana  dini turizm təşkil  olunur. Turuistlər  Göy məsciddə namaz qılıb şəhərdə asudə gəzirlər.  Azərbaycanın Əməkdar müəllimi H.Sadıqovun  fikrincə İran dini turizm ilə dünyada bir illüziya yaradır. “Güya Ermənistan azərbaycanlıları ölkəsində saxlayır. Onlar sərbəst şəkildə Göy məsciddən “istifadə edirlər.”

Qeyd edək ki, “Kafkassam”da yayımlanan yazılar təkcə qardaş   Türkiyədə deyil, ölkəmizdə, eləcə də  Rusiyada, Ermənistanda və İranda maraqla izlənilir. Həmçinin Kafkasya Stratejik Araştırmalar Merkezinin (KAFKASSAM)  İrəvanda, Bakıda, Tiflisdə, Təbrizdə, Moskvada  və başqa şəhərlərdə ofisləri fəaliyyət  göstərir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?