04 oktyabr 2021 17:03
1026

“SOCAR Energy Ukraine” ən çox vergi ödəyicisi kimi ilk 10-luqda

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergi ödəyicisi kimi ilk 10-luqda yer alıb.

Şirkətdən "İki sahil"ə bildiriblər ki, bu, Ukraynanın “Reytinq” nəşrinin sorğusuna əsasən bəlli olub.

“SOCAR Energy Ukraine” yanacaq bazarında ötən il dövlət büdcəsinə töhfəsi 156,6 milyon qrivna təşkil edib.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 58 kompleks və 4 neft bazası daxildir və Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.