18 noyabr 2021 18:50
1247

D vitamini hipertoniyaya necə təsir edir?

Orqanizmdə D vitamininin azlığı hipertoniyaya səbəb ola bilər və nəticədə ciddi sağlamlıq problemləri yaranır. Bu barədə Britaniyanın “Daily Express” nəşri məlumat yayıb.

Məlumatda “günəş” vitamininin çatışmazlığı ilə ürək və qan damarlarının vəziyyəti arasında əlaqəyə diqqət çəkilib. Ekspertlər iddia edirlər ki, yüksək qan təzyiqi olan xəstələrdə qida maddələrində vitaminlərin səviyyəsi də ölçülməlidir.

Tədqiqat müəllifi bildirib ki, təcrübələr zamanı nəticələr iki yerə bölünüb: alimlər müşahidə ediblər ki, D vitamini qəbul edən insanların bir hissəsində hipertoniya yaranması riski azalıb, bir hissəsində isə dəyişiklik baş verməyib. Buna görə də bu vitamini qida əlavəsi kimi qəbul etməmək daha yaxşıdır.

D vitamini insan orqanizmində yalnız günəş işığına məruz qaldıqda əmələ gəlir. Bu səbəbdən gündüz saatlarının qısa olduğu və ya buludluluğun artdığı rayonların sakinləri onun çatışmazlığı problemi ilə üzləşə bilərlər. Ekspertlər izah ediblər ki, hər litr qan üçün 50 nanomoldan yuxarı konsentrasiya norma hesab olunur. Buna görə əvvəlcə bədəndə vitaminin səviyyəsini müəyyən etmək üçün üçün xüsusi testlərdən keçmək lazımdır.

Alimlər belə qənaətə gəliblər ki, qışda vitaminin qanda səviyyəsi aşağı düşür, ona görə də onu qida ilə doldurmaq vacibdir. Xüsusilə, yağlı balıq, yumurta, qırmızı ətdə kifayət qədər D vitamini var. Mağazalarda bu vitaminlə xüsusi zənginləşdirilmiş qidalar da satılır.

Nubar Süleymanova, “İki sahil”