20 sentyabr 2017 17:23
845

Eynallı-Qırılı avtomobil yolunda son tamamlama işləri aparılır

Əsaslı şəkildə yenidən qurulan Eynallı-Qırılı avtomobil yolunda son tamamlama işləri aparılır

Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa–Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə birləşdirən Eynallı-Qırılı avtomobil yolları Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 15,5 kilometr təşkil edən avtomobil yollarında son tamamlama işləri aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 3-cü texniki dərəcəyə uyğun tikilən Eynallı-Qırılı yoluna ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənilib. İşlər tam yekunlaşdıqdan sonra isə yola müvafiq nişanlar və məlumatverici lövhələr, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Avtomobil yolunun yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.