19 yanvar 2021 12:32
630

Çernobıl qəhrəmanı general koronavirusa tab gətirmədi

Rusiyalı general Nikolay T. Antoşkin 78 yaşında dünyasını dəyişib. Antoşkin Çernobıl hadisəsinin qarşısını alan pilot qrupuna rəhbərlik edib, öz həyatını təhlükəyə ataraq yüzlərlə insanın həyatını qurtarıb.  “İkisahil” “nytimes.com” saytına istinadən xəbər verir ki, atom elektrik stansiyası üzərində uçuşlar zamanı yüksək dozada radiasiya alsa da, uzun müddət sağlam yaşayan general koronavirusa yoluxub, bu xəstəliyin ağırlaşmasına tab gətirməyərək vəfat edib.

General N. T. Antoşkin 2014-cü ildən bəri Rusiyanın iqtidar partiyası olan “Vahid Rusiya” partiyasından ölkə parlamentinə deputat seçilmişdi.

Nubar Süleymanova, “İki sahil”