23 avqust 2019 15:35
209

Dostunun etdiyi zarafata güldü, 6 ay evdən çıxa bilmədi

İngiltərənin otüstü xokkey üzrə milli komandasının üzvü Aleks Dansonun başına maraqlı hadisə gəlib. 

"İki sahil" Fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı dostunun zarafatına gülüb və nəticədə 6 ay evdən çıxa bilməyib. Belə ki, 10 ay öncə dostunun etdiyi zarafata gülən zaman idmançının başı divara dəyib. Bu zaman beyin sarsıntısı keçirən Danson nitq qabiliyyətini itirib. 

Şiddətli baş ağrıları hiss edən idmançının vəziyyəti daha da pisləşib. O, hətta evdə gün eynəyindən istifadə edib, başqasının köməyi olmadan hərəkət edə bilməyib. Son iki həftədə özünə gələn idmançı artıq Tokioda keçiriləcək Olimpiadaya hazırlaşır.