15 yanvar 2021 16:28
1367

Dünyanın ən bahalı 10 köynəyi - FOTO

Dünyanın ən bahalı 10 köynəyi haqqında topladığımız maraqlı məlumatları təqdim edirik

"Svarovski"daşları ilə bəzədilən köynək - 1300 dollar

Söz açdığımız bu köynək,əlbəttə ki, ilk yuyulmadan sonra rəngini itirən Çin mallarından deyil. Xüsusi  " daş -qaşlar ilə bəzədilən bu köynəyin ön tərəfində gitara şəkili mövcuddur. Auksionda satılan qeyri-adi köynəyin qiyməti 1300 dollardır.

Rok festivalının reklamı üçün hazırlanan köynəklər - 2000 dollar

1969-cı ildə keçirilən "Woodstock" rok festivalının reklamı üçün, pərəstişkarların diqqətini cəlb etmək məqsədilə üçün xüsusi "Woodstock" köynəkləri hazırlanmışdı. Həmin köynəklərın qiyməti 2000 dollar idi.

Üzərində kraliçanın şəkili olan köynək - 2020 dollar

Məşhur "Sex Pistols" qrupunun pərəstişkarlarından biri auksionda 2020 dollara xüsusi bir köynək əldə etmişdi. Həmin köynəyin üzərində Kraliçanın şəkili var idi və bu şəkilin üzərində belə  sözlər yazılmışdı: "Tanrım Kraliçanı qoru". O gündən sonra bu köynək dəbə düşərək,insanlar tərəfindən böyük ajiotaja səbəb oldu. Hətta qeyd etmək lazımdır ki, "Sex Pistols" qrupunun solisti 1977-ci ildə keçirilən konsertdə həmin köynəkdən geyinmişdi.

Dünyanın ilk rok-köynəyi - 3000 dollar

Qeyri-adi köynək kimi tarixdə qalan ilk rok-köynəyi 1967- ci ildə keçirilən rok festivalı üçün tikilmişdir. Bu köynəyin üzərində "Yardbirds" yazısı var idi. Auksionda satılan rok- köynəyin qiyməti 3000 dollar idi.

Nadir köynək - 13000 dollar

"Adidas" şirkəti tərəfindən reklam məqsədi ilə yaradılan xüsusi köynəklərin üzərində "RUN-D.M.C Adidas" sözləri yazılmışdır. Həmin köynəklərdən cəmi 30 ədəd istehsal olunmuşdu.Kolleksionerlərin marağına səbəb olan bu nadir nümunələr auksionda 13 000  dollara satılmışdı.

Con Lennonun köynəyi - 16 min 400 dollar

Con Lennonun şəxsi əşyaları ölümündən əvvəl belə pərəstişkarlarının böyük marağına səbəb olub.  "Liverpul dördlüyünün" sadiq və zəngin pərəstişkarlarından biri auksionda 16 min 400 dollar ödəyərək Conun ən sevimli köynəklərindən birini əldə etmişdi. Həmin köynəyin üzərində "Home" yazısı var idi. Məhz bu köynəyi Cona o zamanlar məşhur olan "Home" restoranının sahibi hədiyyə etmişdi. Qeyd edək ki, bu restoran Conun ən sevimli yerlərindən biri idi və o, yoldaşı Yoko ilə ora tez-tez gedirdi.

Adi qara köynək - 50 min dollar

Amerikan dizayneri Daniel Dji yeni bir köynək kolleksiyası yaradıb. Çox maraqlıdır ki,həmin kolleksiya 20 ədəd qara köynəkdən ibarətdir. Heç nəyi ilə seçilməyən bu adi köynəyin qiyməti 50 000 min dollardır. Köynəkləri satışa çıxaran dizayner hətta bu iş üçün xüsusi bir veb sayt yaradıb. Qeyd etmək lazımdır ki, dizaynerin sözlərinə görə, bu köynəklər 20 yuyulmadan sonra tamamilə korlanırlar.

"Hermes"in istehsal etdiyi timsah dərisindən köynək - 91min 500 dollar

Lüks geyim markalarından biri sayılan "Hermes" timsah dərisindən istifadə edərək 91 min 500 dollar qiyməti olan köynək istehsal edib. Bu köynək effektli görünsə də, moda mütəxəssisləri onun rahat olduğuna şübhə ilə yanaşırlar , çünki timsah dərisinin özü çox qalın və kobuddur. Qeyd edək ki, həmin köynəyi podiumda məşhur aktyor Vinsan Kassel nümayiş etdirib.

Afrikada ac qalan uşaqlara kömək üçün yaradılan "UNICEF Cargo Flight" və ya "Yaşıl  təyyarə Afrikaya uçur" köynəyi - 300 min dollar

Məşhur brend kimi tanınan və məhz köynəklərin istehsalı və dizaynı ilə məşğul olan "Theadless"şirkəti Afrikada ac və susuz qalan uşaqlara kömək etmək üçün xüsusi köynəklər hazırlayıblar. Bu köynəklərin üzərində paketləri atan yaşıl bir təyyarə şəkili var. Ən bahalı köynəklərdən biri olan bu köynəyin qiyməti nə az, nə çox - 300 min dollardır.  Deyilənlərə görə,"UNİCEF Cargo Flight" köynəklərin satışından əldə olunan gəlir BMT-nin Uşaq Fondu UNİCEF-ə və Afrikalı uşaqlara kömək üçün ayrılacaq.

"Superlative Luxyry" köynəyi - 400 min dollar

"Superlative Luxyry" dünyanın ən bahalı köynəyi kimi bütün rekordları qıraraq birinci pilləyə sahib olub. Ekoloji cəhətdən təmiz olan bu köynəyin qiyməti 400  min dollardır, bu da təxminən iki Ferrarinin qiymətidir. Qeyd edək ki, təmiz pambıqdan hazırlanan ən bahalı köynəyin üzərində 16 ədəd brilyant qaş  mövcuddur. Onların 8-i adi ağ brilyant qaşlardır (onların həcmi 1 karatdır), digər 8-i isə nadir qara brilyant qaşlardır.

Samirə Tağıyeva, "İki sahil"