05 noyabr 2019 20:12
136

Mərc edib 50 yumurta yemək istədi...

Hindistan sakini mərcə girərək 50 yumurta yemək istəyib, amma ölüb.

Publika.az xəbər verir ki, 42 yaşlı Subhaş Yadav bazarda tanışı ilə arasındakı mübahisəni həll etmək üçün 2000 rupi müqabilində (30 dollara yaxın) 50 yumurta yeməyə razılaşıb.

Ancaq 41 yumurta yedikdən sonra halı pisləşib, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümükün olmayıb.

Həkimlər onun ölümünün həddən artıq çox qidalanmadan qaynaqlandığını bildirib.